Rusiya Müdafiə Nazirliyi "Vaqner" döyüşçülərinə çağırış edib. Trend bu barədə şənbə günü xəbər verir.
Rusiyanın Müdafiə Nazirliyi "Vaqner" özəl hərbi şirkətinin döyüşçülərinə nazirliklə və ya hüquq-mühafizə orqanları ilə əlaqəyə çıxacaqları təqdirdə təhlükəsizliklərinə zəmanət verəcəyini bildirib.