İlon Mask və Mark Zukerberq arasında keçiriləcək döyüş qızğın müzakirələrə yol açıb. Hər kəs bu döyüşdən qazanılacaq gəlir barədə danışır. UFC prezidenti Dana Uayt da bu sıraya qoşulub. O, “TMZ Sports”a müsahibəsində bildirib ki, bu döyüşdən qazanılacaq gəlir 1 milyard dollar həcmində qiymətləndirilir.
Uayt hər iki milyarderlə sosial mediada mübahisə etdikdən sonra danışdığını və qarşıdan gələn döyüşlə bağlı “tamamilə ciddi” olduqlarını söyləyib. O qeyd edib ki, artıq döyüşün keçirilməsi üçün hazırlıqlara başlayıb. İnanır ki, bu, “dünya tarixində ən böyük döyüş, indiyə qədər keçirilən döyüşlərin ən möhtəşəmi” olacaq.
Mətləb