Daha bir rus bankir xaricdə saxlanılıb. Belə ki, Rusiya vətəndaşı Stanislav Mitruşin Şimali Kipr Türk Cümhuriyyəti ərazisində saxlanılıb. İnterpol tərəfində axtarışda olan Mitruşin Şimali Kipr Türk Respublikasının ərazisindəki Trikomo kəndində saxlanılıb.
Bu şəxs Sankt-Peterburq bankı “Sovetski”nin direktorlar şurasının keçmiş sədridir. Mitruşin 2018-ci ildə Rusiyada külli miqdarda dələduzluq işi üzrə beynəlxalq axtarışa verilib. İstintaqın məlumatına görə, onlar “Prime Advice” hüquq firmasının idarəedici partnyoru ilə birlikdə cinayətkar qrup yaradaraq bankın ümumi vəsaitindən 2,7 milyard rubl oğurlayıblar.
Mətləb