Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Economist” nəşrinə müsahibəsində NATO barədə maraqlı fikirlər səsləndirib. O bildirib ki, Yens Stoltenberq Şimali Atlantika Alyansının Baş katibi postunda qalacaq. Onun sözlərinə görə, ABŞ Yens Stoltenberqin NATO-nun Baş katibi postunda qalmasını istəyir. NATO-nun növbəti baş katibi alyansda həll edilməyən çox sayda problemlərlə qarşılaşacaq.
“Yens Stoltenberqin xələfi həm Fransa Prezidenti Emmanuel Makronu, həm də ABŞ-ın dövlət başçısı Cozef Baydeni qane etməlidir”, - deyə britaniyalı nazir əlavə edib.
Mətləb Salahov