Çin dünən axşam daha bir partlayış xəbəri ilə sarsılıb. Belə ki, Çinin şimalında Ninsya-Huey Muxtar Rayonunda restoranlardan birində partlayış nəticəsində azı 31 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Bu barədə Sinxua agentliyi məlumat yayıb. Məlumata görə, hadisənin səbəbi qaz sızması olub. Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti çox ağırdır.
Mətləb