Rusiya təhlükəsi Polşanı silahlı qüvvələrə “əl gəzdirməyə” məcbur edib. Artıq Polşa silahlı qüvvələrinin şəxsi heyətinin sayı 172 min nəfəri ötüb. Ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, bu göstərici yeddi il bundan əvvəl ilə müqayisədə 77 min nəfər çoxdur.
Qeyd edilib ki, Polşa hökuməti Ukraynadakı müharibəyə görə ölkənin silahlı qüvvələrinin sayının artırılmasını prioritet məsələ kimi qoyub və say artırılıb: "Faktlar ondan ibarətdir ki, hazırda 172 mindən çox əsgərimiz var. 2015-ci ildə onların sayı cəmi 95 min idi".
Mətləb