Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson daha bir pis xəbərə sarsılıb. Başı qalmaqallardan ayılmayan sabiq Baş nazir indi də İcmalar Palatası tərəfindən müdafiəsiz qalıb. Belə ki, İcmalar Palatası Böyük Britaniya parlamentinin Boris Consonu yalanda ittiham edən intizam komitəsinin gəldiyi nəticəni səs çoxluğu ilə dəstəkləyib.
Onların fikrincə, sabiq baş nazir pandemiya dövründə “Downing Street, 10” ünvanında keçirilən tədbirlə bağlı deputatları aldadıb. Qərar 354 deputat tərəfindən dəstəklənib, əleyhinə isə cəmi yeddi deputat səs verib. Hələ bu harasıdır. İntizam cəzası olaraq Boris Conson sabiq deputat kimi parlament binasına icazəsiz daxil olmaq hüququndan da məhrum edilib.
Mətləb Salahov