İki Koreya ölkəsi arasında müharibə ehtimalı getdikcə yüksəlir. Belə ki, Cənubi Koreya ordusu Şimali Koreyadan (KXDR) yarana biləcək pilotsuz uçuş aparatı (PUA) hücumuna qarşı əməliyyat planı hazırlayıb.
Bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusundakı mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, aqressiv plan əsasən, Şimali Koreyanın hər hansı PUA-sının cənuba hücuma keçəcəyi halda Cənubi Koreya ən azı 10 PUA-nı Pxenyan üzərinə göndərəcək. Keçən il şimaldan gələn hücum zamanı həmin dronlardan biri hətta Seulda Prezident ofisinin yaxınlığındakı uçuşsuz zonaya girmişdi.
Mətləb