Nəhayət Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) diplomatik münasibətlərin bərpa olunduğunu elan ediblər. Hər iki ölkənin səfirlikləri və konsulluqları iyunun 19-dan fəaliyyətə başlayacaq. Bu barədə Qətərin xarici siyasət idarəsinin məlumatında deyilir.
“Əl-Ule şəhərində əldə edilən razılaşmaya əsasən, hər iki ölkə arasında diplomatik münasibətlər bərpa olunacaq, 2023-cü il iyunun 19-dan Qətərin Əbu-Dabi şəhərindəki səfirliyi və Dubaydakı konsulluğu, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dohadakı səfirliyi işə başlayacaq”, - Qətər XİN-in tviter səhifəsində yayımlanan bəyanatında bildirilir.
Mətləb