Avropa İttifaqı ABŞ tərəfindən təzyiqlərə baxmayaraq Rusiyadan mayeləşdirilmiş təbii qazı (LNG) idxal etməyə hazırdır. Bu barədə Fransanın “TotalEnergies” neft-qaz şirkətinin rəhbəri Patrik Puyanne “Le Journal du dimanche” nəşrinə müsahibəsində bəyan edib.
Puyanne qeyd edib ki, «Total»ın Rusiya ilə iyirmi illik LNG tədarükü müqaviləsi var. O bildirib ki, yəni, əgər şirkət alışı dayandırsa belə, yanacaq üçün ödəniş etməli olacaq.
"...avropalılar Rusiya qazına qarşı sanksiyalar tətbiq etmək qərarına gəldikdə, biz fors-major vəziyyətə istinad edə və istehsalı dayandıra bilərik. Hazırda Avropa İttifaqı ABŞ-ın təzyiqlərinə baxmayaraq bizə davam etməyimizi deyir", - şirkətin rəhbəri qeyd edib.
Onun sözlərinə görə, ötən il Aİ ölkələri Rusiyadan 15 milyon ton LNG idxal ediblər.