“The New York Times” yazır ki, sübutlar Rusiyanın nəzarətində olan Kaxovka su elektrik stansiyasını partlatdığını göstərir.
Xəbər verildiyi kimi, Rusiyanın nəzarətində olan Ukraynanın Xerson vilayətində yerləşən Nova Kaxovka Su Elektrik Stansiyası iyunun 6-da partladılıb. “New York Times” qəzeti dəlillərin partlayışın Rusiyanın başlatdığı daxili partlayış nəticəsində baş verdiyini göstərdiyini yazır. Bildirilir ki, mühəndislər və partlayıcılar üzrə mütəxəssislər zavodun beton döşəməsindəki bir keçiddə partlayan və SESİ-i məhv edən partlayıcı yükə işarə edən dəlillər tapıblar.
Ukrayna prokurorlarına təhqiqatda kömək edən beynəlxalq hüquq ekspertləri qrupunun ilkin rəyinə görə, Xerson vilayətindəki çökmə, çox güman ki, ruslar tərəfindən yerləşdirilən partlayıcılar nəticəsində baş verib.
Rusiya hökuməti Ukraynanı Krım üçün vacib su təchizatını kəsməkdə, Ukrayna isə Rusiyanı SES-i partlatmaqla, bölgədə daşqınlara səbəb olmaqda, əkin sahələrini məhv etməkdə və mülki əhalinin su təchizatını kəsməkdə ittiham edir.
Mühəndislər bildirirlər ki, SES yalnız su tamamilə boşaldıqdan sonra tam tədqiq oluna bilər və bununla da partlayışa səbəb olan səbəbləri müəyyən etmək olar.
TAHİR