Yəhudi əsilli amerikalı siyasətçi Henri Kissincer deyib ki, Tayvanda gərginlik indiki məcrasında davam edərsə, Çin və ABŞ arasında hərbi münaqişə yarana bilər.
ABŞ-ın keçmiş dövlət katibi Kissincer “Bloomberg” agentliyinə müsahibəsində Vaşinqtonun öz maraqlarını dünya ictimaiyyətinin maraqlarından üstün tutduğunu və vəziyyət belə davam edərsə, ABŞ-ın getdikcə daha çox təcrid olunacağını bildirib.
Kissincer deyib ki, iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini nəzərə alsaq, ABŞ və Çin arasında Tayvan üzərində müharibənin başlanması ehtimalı var. Kissincer əlavə edib ki, münasibətlərin hazırkı trayektoriyası dəyişdirilməlidir.
Çin-ABŞ münasibətləri ilə bağlı pessimist qiymətləndirmələr edən Kissincer bildirib ki, uçurumun astanasından geri çəkilmək hər iki tərəfin əlindədir.
TAHİR