Səudiyyə Ərəbistanının XİN Feysəl Saud Tehrana səfər edib.Feysəl İranlı həmkarı Abdollahiyanla danışıqlar aparacaq.Habelə Tehranda Səudiyyə səfirliyinin açılışı da ola bilər.
Qeyd edək ki, iki ölkənin münasibətləri 2015- ci ildə Yəmənə görə gərginləşdi, Səudiyyənin başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə İranyönlü qüvvələrə qarşı əməliyyata başladı,ardınca isə 2016- cı ilin yanvarında Tehrandakı Səudiyyə səfirliyinə hücum oldu, nəticədə diplomatik münasibətlər tam kəsildi. Bu il Çinin vasitəçiliyi ilə İran- Səudiyyə münasibətləri bərpa olundu.
Zümrüd