Bir sıra ölkələrin İsrailin silah sənayesinə üz tutması bu ölkəyə olan diqqəti hər keçən gün artırır. Xüsusilə müfdafiə sənayesində bu ölkənin ən son texnoloji yenilikləri, İsrailin silah ixracı üçün yeni imkanlar açır. İsrailin Ynet portalı daha bir yeni məlumatla çıxış edib. Portalın bu ölkənin Müdafiə Nazirliyindəki mənbələrinə, o cümlədən İsrail Müdafiə Nazirliyinin müdafiə ixracı departamentinin direktorunun sözlərinə istinadən verdiyi məlumata görə, İsrail tarixində ilk dəfə olaraq tank satır.
Xatırladaq ki, təxminən 40 il əvvəl İsrail ordusunun xidmətində zirehli maşınlar meydana çıxıb. Hazırda anbarlarda saxlanılan 200-dən çox Merkava Mk2 və Mk3 tanklarını İsrail hələ adları çəkilməyən Avropa ölkələrinə satmaq niyyətindədir.
Bəzi ekspertlər Ukraynanın 200-dən çox İsrail Merkava Mk2 və Mk3 tankı alacağına əmindir, bəziləri isə bunun Kipr olacağına inanır.
Mətləb Salahov