Rusiya Ukrayna cəbhəsində gərgin müharibə apardıqca həm də gələcək planları da yavaş-yavaş gün üzü görməyə başlayır. Artıq Rusiya mətbuatında neçənci dəfədir ki, bolqar kahin Vanqaya istinadən siyasi bəyanatlar səsləndirilir, proqnozlar gündəmə gətirirlər. İndi də Rusiya mətbuatının əsas hədəfi yeni slavyan ittifaqı barədədir. Sportkp.ru saytı yeni slavyan ittifaqı yaradılması barədə informasiya dərc edib.
Yazıda yenə də bolqar kahin Vanqanın Ukraynadakı müharibənin 2024-cü ilə qədər davam edəcəyi, Rusiya başda olmaqla Bolqarıstan, Belarus və daha bir slavyan ölkəsinin yeni ittfaq yaradacağı, Rusiyanın iqtisadi baxımdan güclənəcəyi barədəki proqnozlarına yer verilib. Rusiya mətbuatı artıq ardıcıl olaraq Moskvanın siyasi planlarını gün üzünə çıxarmağa başlayıb və qəti mümkün olan iş deyil ki, bu informasiyalar kremlin razılığı olmadan dövriyyəyə buraxılsın. Belə görünür ki, Vladimir Putin post-müharibə dövrünün planlarını gün üzünə çıxarır…
Mətləb Salahov