NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanı üzən bəyanatla çıxış edib. Alyans lideri NATO müdafiə nazirlərinin Brüssel görüşündən sonra France 5 telekanalına müsahibəsində deyib ki, müharibə başa çatmadan Ukraynanın NATO-ya qəbulu mümkün deyil, alyansa üzv ölkələr və Kiyev bunu başa düşür.
“NATO ölkələrinin hamısı Ukraynanın alyansa üzv olmasına razıdır, lakin onlardan heç biri, hətta Kiyevin özü də müharibə vaxtı bunun ediləcəyini gözləmir”, - deyə NATO-nun Baş katibi bildirib.
Mətləb Salahov