Çin və ABŞ arasındakı siyasi və iqtisadi gərginlik pik həddindədir. ÇXR sədri Si Cinpin Microsoft kompaniyasının qurucusu Bill Qeytslə görüşündə açıq şəkildə ABŞ rəhbərliyini gözdən çıxardığını elan edib. Çin lideri bildirib ki, onun ölkəsi dostluğun davam etməsini istəyən Amerika xalqına ümidvardır, Pekin-Vaşinqton münasibətlərinin əsasında insanlar dayanır.
Çin Mərkəzi Televiziyasının məlumatyında belə deyilir: “Siz bu il Pekində qarşıladığım ilk amerikalı dostumuzsunuz. Çinlə ABŞ arasında münasibətlərin əsasını insanlar təşkil edir. Ümidimizi amerikalılara bağlamışıq və iki xalq arasında dostluğun davam edəcəyinə ümid bəsləyirik”, - deyə Çin lideri vurğulayıb.
Mətləb Salahov