Ukraynadakı dəhşətli müharibə həm də Afrika ölkələrinin yaşam tərzinə, iqtisadi təhlükəsizliyinə böyük zərər verir. Bu ölkələr iki slavyan ölkəsi arasındakı müharibənin bitməsində çox maraqlıdırlar. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafozan da müharibənin bitməsi üçün tərəflərlə danışıqlar aparırı. Artıq S.Ramafozanın Ukraynaya səfəri başlayıb. Səfər çərçivəsində CAR Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. O Rusiyanın Ukraynaya qarşı müharibəsinin sülh yolu ilə həllinə töhfə vermək istəyir.
Danışıqlarda Afrika ölkələrinin "sülh planı” müzakirə ediləcək. Missiyaya Cənubi Afrika, Zambiya, Komor adaları, Konqo, Misir, Seneqal və Uqanda liderləri müharibənin mənfi iqtisadi təsirlərindən əziyyət çəkən qitənin nümayəndələri kimi daxildir.
Mətləb