
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, artıq parlamentdəki vəzifəsindən istefa verib. O bu addımı COVID-19 dövründə baş nazirin ofisində keçirilən partiyalarla bağlı xəbərin üzə çıxmasından sonra atıb.
Ən maraqlısı odur ki, B.Conson verdiyi yazılı açıqlamada istefaya məcbur edildiyini iddia edib və buna görə istintaq komitəsini günahlandırıb: “Məni iddialarını təsdiq edəcək heç bir dəlil olmadan və hətta Mühafizəkarlar Partiyasının üzvlərinin, hətta geniş elektoratın da razılığı olmadan bir ovuc şəxs tərəfindən vəzifəmdən kənarlaşdırılıram. Mən antidemokratik şəkildə parlamenti tərk etmək məcburiyyətində qaldığım üçün şok və dəhşətə gəlirəm”.
Mətləb