
Ermənistanda əsgər naməlum səbəblərdən özünü doğrayaraq öldürüb.
Hadisə dünən axşam baş verib. Ermənistan mediasının yazdığına görə, saat 23:00-da “Heratsi” 1 saylı Universitet Xəstəxanasından Ərəbkir polis şöbəsinə təcili yardım briqadasının Orbeli küçəsindən yaralı vətəndaşı onlara çatdırması barədə məlumat daxil olub.
Araşdırma zamanı polis xəstəxanaya aparılan vətəndaşın 21 yaşlı Yerevan sakini Levon S. olduğunu və qısa müddətdən sonra özünə gəlmədən dünyasını dəyişdiyini müəyyən edib. Məlumata görə, intihar edən hərbçi olub.
MƏTLƏB