ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli CNN telekanalına müsahibəsində səs-küylü açıqlamalarla çıxış edib.
ABŞ generalı xüsusilə Çin ilə münasibətlər barədə danışıb. M. Milli bəyan edib ki, ABŞ və Çin bir-biri ilə rəqabət aparır və güman ki konfrontasiya vəziyyətindədir, lakin onlar arasında münaqişə yoxdur: “Biz müəyyən rəqabət şəraitindəyik, yəqin ki konfrontasiya mərhələsində, amma hələ ki münaqişəmiz yoxdur. Çin ilə ABŞ arasında müharibə qaçılmaz deyil.”
Mətləb Salahov