01/10/2023 18:23
728 x 90

Nursultan Nazarbayevi silirlər...

img

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin şəxsi mühafizəsinin dövlət maliyyələşməsindən çıxarılması barədə prezident fərmanı hazırlanır.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Hər şey Elbaşının 2019-cu ildə formal istefasından başladı. Əvvəlcə "Qazaxıstanın ilk prezidenti Elbaşı haqqında konstitusiya qanunu" ləğv olundu. Bu qanunda Nazarbayev pulsuz ev, bağ, maşın, sürücülər,  mühafizə, müalicə, ölkəni pulsuz gəzməklə təmin olunmuşdu. Sonra ölkənin paytaxtının "Nursultan" adını ləğv edərək Astananı yenidən qaytardılar. Bir dövlət hesabına mühafizə qalmışdı, onu da alırlar.
Prezidentin "Nazarbayevin mühafizəsinin Dövlət Mühafizə Xidməti sistemindən çıxarılmasına dair fərmanı"  artıq Qazaxıstan mediasında müzakirəyə çıxıb... Nazarbayev bundan sonra mühafizəçilərini özü saxlamalı olacaq... Ancaq o həqiqətən "Elbaşı" - Elin başçısı olubsa, ona mühafizə nə lazım??...

Tahir TAĞIYEV

 

Peşə etikası

Son xəbərlər