
Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Sinqapurda keçirilən “Şanqri-La dialoq” forumunda çıxışı zamanı Ukrayna müharibəsi barədə səs-küylü açıqlama ilə çıxış edib.
J.Borrel diqqətə çatdırıb ki, qərb rəsmi Kiyevə hərbi kömək etməsə Ukraynadakı müharibə bir neçə həftəyə bitə bilər.
“Əgər bu vacibdirsə, Ukraynaya hərbi dəstəyimizi dayandıra bilmərik. Çünki kapitulyasiya ilə nəticələnəcək və Ukraynanı ikinci Belarusa çevirəcək sülh bizə lazım deyil”.
Mətləb