
Sudanda müvəqqəti atəşkəsə əməl edən tapılmır. Artıq bu ölkədə yeni toqquşmalara hazırlıq gedir.
Al-Hadath telekanalının məlumatında deyilir ki, çevik reaksiya qüvvələri ilə humanitar atəşkəs barədə imzaladıqları sazişə baxmayaraq, Sudan ordusu öz qüvvələrini Xartuma toplayır. Ən dəhşətlisi odur ki, bağlanmış atəşkəsin müddəti bu axşam başa çatacaq.
Məlumata görə, Sudan ordusunun dəstək qüvvələri yaxın zamanlarda Xartumun mərkəzi rayonunda hərbi əməliyyatlara başlayacaq. Səhər saatlarından etibarən Xartumda partlayış səsləri eşidilməyə başlayıb. Xatırladaq ki, mayın 31-də Sudan ordusu Ciddədə keçirilən danışıqlarda iştirakını dayandırdığını elan edib.
Mətləb