02/10/2023 08:12
728 x 90

Yens Stoltenberq Ərdoğanla İsveçi müzakirə edəcək

img

NATO-nun Baş katibi Yens Stoltenberq yenidən Türkiyəyə səfər edəcək. Sky News telekanalının məlumatında deyilir ki, səfərdə əsas məqsəd İsveçin alyansa üzvlüyü məsələsini Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etməkdir.

Yens Stoltenberq bu barədə NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində bildirib. Onun sözlərinə görə, səfər zamanı İsveçin tezliklə alyansa üzvlüyü üçün mövcud yollar müzakirə ediləcək.
Mətləb Salahov

Peşə etikası

Son xəbərlər