Bazar günü günü, 08 noyabr 2026
     

İran bu dəfə Əfqanıstanla başlayır - su müharibəsinə...

Image


İranla Əfqanıstan arasında gərginləşən münasibətlərin hansı nəticələrə gətirib çıxaracağı bu gün xüsusi diqqət mərkəzində yer alan mövzular sırasındadır. Tərəflər arasında su üstündə başlayan savaş fonunda hərbi hazırlıq səviyyəsinin yüksəlməsi müşahidə edilir. Ümumiyyətlə, su qıtlığı Talibanın Tehranla kövrək münasibətlərindəki çatları üzə çıxarıb.

Hər iki tərəf Əfqanıstan-İran sərhədindəki qarşıdurmadan öncə su qıtlığı ilə bağlı kəskin çıxışlar edib. Mayın 27-də tərəflərin verdiyi itkilərdən sonra da gərginlik qalır. Taliban və İran hakimiyyəti hərbi fəaliyyəti və xəbərdarlıqları artırmaqla mövqelərini möhkəmləndirir. Quraqlıqdan əziyyət çəkən iki ölkənin su təhlükəsizliyi ilə bağlı fikir ayrılıqlarının artacağı gözlənilsə də, onların bu məsələdə dialoq üçün qapıları açıq saxladığı da diqqətdən yayınmır. Amma baş verən toqquşmalar dialoqa ümidi azaldır.

Sonuncu ölümcül toqquşma bu günlərdə İranın cənub-şərqi ilə Əfqanıstanın cənub-qərbindəki birgə sərhəddə baş verib və tərəflər bir-birini ilk atəşi açmaqda günahlandırıb. Sosial mediada yayılan görüntülərdə Nimroz vilayətinin Kanq rayonunda Talibana məxsus ağır silahların sərhədə yönəldiyi əks olunub. Rəsmilər qarşılıqlı atışmada bir Taliban sərhədçisinin öldüyünü və bir neçə nəfərin yaralandığını açıqlayıb. İran mediası son iki həftədə su ehtiyatları ilə bağlı gərginliyin cənub-şərqi Sistan-Bəlucistan əyalətində üç iranlı sərhədçinin öldürülməsi, bir neçə nəfərin yaralanması ilə nəticələndiyini açıqlayıb. İnsidentdən sonra Taliban 1973-cü ildə tərəflərin imzaladığı su müqaviləsinə əməl etməməsilə bağlı İranın iddialarını rədd edib. Talibanın Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xavarazmi  bildirib: “Əfqanıstan İslam Əmirliyi dialoqu istənilən problemin həlli üçün ağlabatan yol hesab edir. Müharibə və neqativ hərəkətlərə bəhanə gətirmək heç bir tərəfin marağında deyil”. İran dövlət polisinin komandiri, briqada generalı Əhmədrza Radanı  isə qeyd edib: “İran İslam Respublikasının sərhəd qüvvələri istənilən sərhəd pozuntusu və təcavüzünə qətiyyətlə cavab verəcək. Əfqanıstanın hazırkı hakimiyyət orqanları beynəlxalq prinsiplərə zidd hərəkətlərə görə məsuliyyətə cəlb edilməlidir”. İran rəsmiləri də diplomatik həllin zəruriliyini dilə gətirib. Yüksək vəzifəli təhlükəsizlik rəsmisi Məhəmməd İsmayıl Kotari mübahisəni “eyni ailənin uşaqları arasındakı dava” kimi qiymətləndirib. O, Tehranın “hərbi varianta” əl atacağını təkzib edib. Su Əfqanıstanın ən məhsuldar kənd təsərrüfatı ərazilərinin yerləşdiyi cənub-qərbində, eləcə də İranın quraqlıq cənub-şərq bölgəsində çox dəyərlidir. Amma Əfqanıstan İranın cənub-şərqindəki ovalıq bataqlıqları və gölləri qidalandıran su mənbələrinə nəzarəti ələ keçirdiyindən, Taliban Tehranla münasibətlərində təzyiq rıçaqı əldə edib. Problem və ya həllinin kökünə gəlincə, Əfqanıstanda tikilən böyük bənd layihələri quraqlığın artması və digər amillərlə birlikdə Sistan hövzəsinə su axınını məhdudlaşdırır.

Sərhədləri əhatələyən su hövzəsinin dolması daşqınlardan asılıdır. Əvvəllər buranın rəngarəng vəhşi təbiəti vardı, nəhəng Hamun gölü yerləşirdi. İndi isə üç kiçik mövsümi göldən ibarətdir. Hövzənin su ilə doldurulması problemi bu ayın əvvəlində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və prezident İbrahim Rəisinin bəyanatlarından sonra gündəmə gəlib. Əmir-Abdullahian Talibandan həmkarı Əmir Xan Müttəqi ilə telefon danışığında həm Əfqanıstan, həm də İran xalqının sudan istifadə edə bilməsi üçün Hilmənd çayından su alan daxili Kajaki bəndini açmağı xahiş edib. Rəisi  Sistan-Bəlucistana səfəri zamanı Əfqanıstan hakimiyyətinə əhalinin su hüququnu dərhal təmin etməklə bağlı xəbərdarlıq edib. O, sözlərinin ciddiyə alınmalı  olduğunu bildirib. Taliban isə 1973-cü il müqaviləsinə əməl etməmək ittihamını davamlı rədd edərək, Kajaki bəndi açılsa belə, bu suyun İrana bəs etməyəcəyini bildirib. Rəisinin hədələrindən cəmi iki gün sonra Taliban yeni suvarma layihəsinin açılışını etməklə ortalığı daha da gərginləşdirib. Layihə çərçivəsində Sistan hövzəsini şimaldan qidalandıran Fərəh çayı üzərindəki Baxşabad bəndinin tikintisi tamamlanıb. 1973-cü il müqaviləsinə əsasən, Əfqanıstan Hilmənd çayından gələn suyun saniyədə 26 kubmetr və ya ildə 850 milyon kubmetrini İranla paylaşmağı öhdəsinə götürüb. Talibanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Molla Əbdül Qani Baradar  bu xüsusda qeyd edib: “Kabil 1973-cü il su müqaviləsinə sadiqdir, lakin Əfqanıstanda və regionda mövcud quraqlıq gözardı edilməməlidir. Sistan-Bəlucistan əhalisinin dərdi bizim dərdimizdir. Ürəyimiz, Əfqanıstan xalqı üçün olduğu kimi, onlar üçün də əriyir, amma biz də su qıtlığından əziyyət çəkirik”. Su sahəsində əməkdaşlıq əvvəllər Əfqanıstanın sünni Taliban rəhbərləri ilə şiələrin çoxluq təşkil etdiyi İran arasında əlaqələrin dərinləşməsinin əlaməti kimi qəbul edilirdi. 2022-ci ilin yanvarında Taliban Nimroz əyalətindəki Hilmənd çayı üzərindəki Kamal Xan bəndindən Hamun gölünə su buraxdı. Məzhəb fərqləri bir zamanlar onları düşmən etsə də, son iyirmi ildə Əfqanıstanın qərbyönümlü hökumətinə və ABŞ-ın Əfqanıstanda rəhbərlik etdiyi qüvvələrə qarşı ortaq maraqları onları daha da yaxınlaşdırıb. Taliban hakimiyyətə qayıtdıqdan sonra Tehranla iqtisadi və təhlükəsizlik əlaqələri yaratmağa çalışıb. İran Taliban hökumətini tanımasa da, İrandakı əfqan qaçqınları və transsərhəd narkotik ticarəti ilə bağlı qrupla işləməyə çalışıb. Fevralda İran Əfqanıstanın Tehrandakı səfirliyini rəsmi olaraq Talibana təhvil verib. Ekspertlər su böhranı ilə bağlı əməkdaşlığın münaqişədən daha üstün olduğunu düşünür. Vaşinqtondakı Yaxın Şərq İnstitutunun təhlil mərkəzinin Əfqanıstan və Pakistan üzrə direktoru Marvin Veyinbaum qeyd edir: “Hazırda hər iki ölkənin həqiqətən də düşmən sərhədinə ehtiyacı yoxdur. İqtisadi baxımdan bu, hər iki ölkə üçün problemdir. Bəndin təmin etdiyi su olmasaydı, Hilmənd əyalətində heç bir kənd təsərrüfatı potensialı qalmazdı. Və suyun çox az hissəsi İrana çatır. İqlim istiləşdikcə vəziyyət daha da pisləşəcək”. Veyinbaum nə Talibanın, nə də Tehranın su qıtlığı məsələsində zəiflik göstərəcəyini bildirib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ