Şeyma Subaşı Misirli milyonçu sevgilisi Mohammed Alsolaussi ilə yayın tətilinə elə indidən başlayıblar.
Mayın 18-də nigaha girən cütlük, ilk bal səyahəti üçün Yaponiyanın yolunu tutublar. Sosial şəbəkə hesabında misirli iş adamı olan sevgilisi ilə Tokoidan şəkillər paylaşan Ş. Subaşı sevənləri tərəfindən böyük maraqla qarşılanıb. Türkiyə mətbuatı yazır ki, onun bu paylaşımları sosial şəbəkə hesabındakı 2,9 milyon izləyicisi izləyib. Ən maraqlısı odur ki, cütlük Tokiodakı bal ayında qəflətən zəlzələyə düçar olublar. S.Subaşı bu məqamları da sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb.
Mətləb