02/10/2023 02:42
728 x 90

ABŞ-dan Türkiyəyə növbəti İsveç çağırışı...

img

ABŞ Dövlət katibi Antoni Blinken Türkiyəyə çağırış edib. İsveçli həmkarı Ulf Kristerssonla keçirdiyi birgə mətbuat konfransı zamanı İsveçin NATO-ya üzvlüyü üçün Türkiyənin razılığına Nail olunacağına ümid etdiyini bildirib.

ABŞ rəsmisi dünən axşam telefonla müzakirələr apardığı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bu yaxınlarda görüşlər keçirəcəyini də açıqlayıb. O əlavə edib ki, rəsmi Vaşinqton bu Skandinaviya ölkəsinin tez müddətdə NATO-ya üzv olması üçün çalışacaq. Xatırladaq ki, ABŞ prezidenti Co Bayden də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı Türkiyənin İsveçin NATO-ya üzvlük üçün razılıq verməsini müzakirə edib.

Mətləb Salahov

Peşə etikası

Son xəbərlər