Şimali Koreya yenə dünyanı həyəcanda saxlamağa davam edir. Bu ölkə gələn ay hərbi kəşfiyyat peykinin buraxılışını həyata keçirəcəyini açıqlayıb.
Ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi peykin ABŞ-ın hərbi fəaliyyətini izləmək məqsədilə buraxılacağını elan edib. Məlumatda qeyd olunur ki, hərbi kəşfiyyat peyki buraxılışa hazırdır. Məlumatda deyilir ki, ölkə lideri Kim Çen Inın buraxılış üçün yekun hazırlıqları təsdiqləyib. Pxenyan peykin 31 may – 11 iyun tarixlərində buraxılacağı barədə Yaponiyanı məlumatlandırıb.
MƏTLƏB