Vladimir Putinin hücum əmri ilə başlayan Rusiyanın Ukraynanı işğal etmək cəhdi bütün şiddəti ilə davam edir. Hər iki tərəfin saysız-hesabsız itki verdiyi müharibədə Ukrayna İranı Rusiyaya silah göndərməkdə ittiham edir.
Prezident Vladimir Zelenski İrana qarşı iqtisadi və digər sanksiyaların tətbiqinə dair qətnamə layihəsini parlamentə təqdim edib. Qərar artıq parlament tərəfindən təsdiqlənib.
Parlamentin saytında yer alan açıqlamada parlamentin iclasında 10 qanun, 3 qanun layihəsi və 5 qərarın qəbul edildiyi bildirilib. Bəyanatda təsdiqlənmiş qətnamələr arasında İrana qarşı sanksiyaların tətbiqi qərarının da olduğu bildirilib.
Qətnamə layihəsinə əsasən, İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq olunacaq, məhdudlaşdırıcı tədbirlərə İranla kommersiya əməliyyatlarına tam qadağa, İranın resurs tranzitinin, uçuşların və Ukrayna ərazisindən daşınmasının dayandırılması da daxildir.
TAHİR