İstanbulun "Sabiha Gökçen" hava limanında gömrük əməkdaşları yoxlanış apararkən maraqlı hadisənin üstünü açıblar.
Milliyet. Com.tr saytı yazır ki, gömrük əməkdaşları xarici ölkə vətəndaşı olan bir nəfərin əşyalarını yoxlayan zaman içərisində 68 kiloqram qadın saçı olan bağlamanı aşkar ediblər. Tehran-İstanbul reysi ilə hərəkət edən şəxsin əlaqədə olduğu daha 3 nəfər də müəyyən olunub. Gömrük əməkdaşları şübhəlilərin digər əşyalarını da yoxlanış üçün nəzarət- yoxlanış məntəqəsinə aparıblar. Türkiyə polisi aşkar edilən 68 kiloqram qadın saçının ümumi qiymətinin 1 milyon 600 min türk lirəsi dəyərində olduğunu müəyyənləşdiriblər.
Mətləb