Bazar günü günü, 08 noyabr 2026
     

Fransızlar Makronu hakimiyyətdən qovmağa hazırlaşır...

Image


Fransada pensiya islahatı təsdiqlənib qəbul olunsa da, etiraz nümayişləri və tətillər davam edir. Bu fonda Fransa Mədən və Enerji Milli Federasiyasının həmkarlar ittifaqları ölkədə keçiriləcək beynəlxalq tədbirləri qaranlığa qərq etməklə hədələyir.

Onlar “100 gün aksiya və qəzəb” elan ediblər. “Makron ölkədə sakitliyin bərpa olunması üçün 100 gün vəd etdi, biz ona 100 gün aksiya və qəzəb vəd edirik! İstefaya yol uzaqdır” deyən həmkarlar ittifaqları etirazları davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi üçün vətəndaşlardan 100 gün möhlət istəyib, lakin həmkarlar ittifaqları buna cavab olaraq “100 gün aksiya və qəzəb” vəd edib. Elə bu müstəvidə bəyan edilib ki, aksiya çərçivəsində hökumət üzvlərinin əyalətlərə səfərləri zamanı enerji verilişi dayandırılacaq. Həmçinin may ayında gözlənilən Kann film festivalı, Monako Qran-Prisi, Avinyon Festivalı, Roland-Qaros tennis turniri zamanı elektrikin kəsiləcəyi gözlənilir. Fransa Mədən və Enerji Milli Federasiyasının həmkarlar ittifaqları  mayın 3-nü ölkədə qəzəb günü elan edib. Qeyd edək ki, son günlər Makronun əyalətlərdə görüşləri zamanı elektrik kəsintiləri baş verir. Daha əvvəl “CGT Energy” iki dəfə - Monpelye hava limanında və Ero şəhərində Makronun ziyarət etdiyi məktəbdə elektrik enerjisinin söndürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Həmkarlar ittifaqları tələbləri eşidilənədək bütün görüşlərin onların nəzarəti altında olacağını və elektrikin kəsiləcəyi ilə bağlı xəbərdarlıq edib. Onlar pensiya islahatının tətbiq olunmamasını tələb edirlər. Artıq bu fonda bəllidir ki, “Formula 1” çempionatının Monako mərhələsi Fransadakı etirazların bir hissəsi olan elektrik enerjisi kəsilməsi ehtimalına görə pozulma təhlükəsi ilə üz-üzədir. Həmkarlar ittifaqları Monako Qran-Prisi və “Roland Garros” tennis turniri kimi iri tədbirlər zamanı elektrik enerjisinin kəsilməsi barədə niyyətini bildirib. Qeyd edək ki, Monako Qran-Prisi 26-28 may tarixlərinə planlaşdırılıb. Kann Film Festivalı mayın 16-dan 27-dək keçiriləcək. Burada bir daha  xatırladaq ki, Fransada pensiya yaşı 62-dən 64-ə yüksəldiləcək və əhali bundan sonra yalnız azı 43 il işlədikləri təqdirdə tam pensiya almaq hüququna malik olacaq. Bu səbəbdən ölkədə çoxsaylı etiraz aksiyaları keçirilir. Etirazçılar arasında “CGT Energie” energetika sektorunda çalışanların həmkarlar ittifaqları da var. Fransada yeni pensiya islahatının qəbulu ilə nəticələnən genişmiqyaslı etirazlar fonunda Emmanuel Makron xalqa müraciət edərək, islahatı ləğv etməyəcəyini bildirib. Bu da xalqın qəzəbini artırır. Fransa liderinin qeyd etdiyinə görə isə, pensiya islahatları zəruri idi və bu sahədə fəaliyyətin olmaması həll yolu deyildi. Eyni zamanda, o, islahatla bağlı konsensusun əldə olunmamasından təəssüfləndiyini bildirib və Fransa vətəndaşlarının qəzəbini başa düşdüyünü iddia edib: “Bu islahat qəbul edildimi? Aydındır ki, yox. Aylarla davam edən məsləhətləşmələrə baxmayaraq, konsensus tapılmadı və mən buna təəssüf edirəm... Heç kim, xüsusən də mən sosial ədalət tələbi qarşısında kar qala bilməz”.

Fransa prezidenti vurğulayıb ki, pensiya islahatına qarşı etirazlara cavab “nə sərtlik, nə də ekstremizm ola bilər” və etirazların əsas təşkilatçıları olan həmkarlar ittifaqlarını danışıqlara dəvət edib. Makron həmçinin əlavə edib ki, növbəti 100 gün ərzində o, Fransa hökumətinə pensiya islahatının həyata keçirilməsi üçün yol xəritəsi hazırlamağı tapşırıb və onun ilk nəticələri iyulun 14-də, Fransanın milli bayramında elan olunacaq. Lakin bu da xalqı sakitləşdirməyib və Makrona qarşı narazılıqalar daha da artıb. Daha əvvəl bəlli idi ki, fransızların 65%-i Emmanuel Makronun fəaliyyətinə mənfi münasibət bəsləyir, yarıdan çoxu onun vəzifəyə gəlişindən sonra azadlıqların azaldığına inanır. Indi bu göstəricilər daha da artıb. Bu səbəbdən istisna deyil ki, etirazlarda tələblər tədricən makronun istefası üzərində fokuslanacaq. Fransa Mədən və Enerji Milli Federasiyasının həmkarlar ittifaqlarının istef məsələsinə diqqət etməsi bunun ilkin təzahürləri hesab oluna bilər. Fransadakı hazırkı etirazlar 1968-ci ilin may ayından bəri ən böyük etiraz aksiyaları adlandırılır. O dövrün hadisələri ölkədə sosial dəyişikliklərə və prezident Şarl de Qollun hakimiyyətinə qarşı yönəlmişdi. Bu müddət ərzində ölkə bir sıra tələbə etirazları ilə başlayan, iqtisadiyyatı demək olar ki, dayanma nöqtəsinə gətirən ən böyük tətilin şahidi oldu. İki həftə ərzində aksiyalarda on bir milyon işçi iştirak etdi. İndi də eyni hal təkrarlanır. Pensiya islahatlarından narazı olan on minlərlə insan küçələrə axışır. Ümumi Əmək Konfederasiyasının lideri Sofi Binet Qardanda keçirilən mitinqdə fransızları yenidən 1 mayda nümayişə çıxmağa çağırıb: “Bir may görünməmiş, müstəsna səfərbərlik günü olacaq. Görünməmiş, çünki bütün həmkarlar ittifaqı təşkilatları ilk dəfədir ki, 1 may nümayişinə çağırır. Beləliklə, həmin gün xalq səfərbərliyi günü olacaq”. Hesab edilir ki, bütün bunlara müqavimət göstərmək Makron hakimiyyəti üçün elə də asan olamayacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ