Sudanda misirli diplomat öldürülüb. Misir Xarici İşlər Nazirliyi öldürülən diplomatın Xartum səfirliyində inzibati attaşenin müavini olduğunu açıqlayıb.
Açıqlamada İnzibati Attaşenin müavini Məhəmməd əl-Qərravinin ölkədəki misirlilərin təxliyəsi üçün evindən səfirlik binasına gedərkən öldürüldüyü bildirilib.
Sudan ordusu da misirli diplomatın ordu ilə döyüşən xüsusi təyinatlılar tərəfindən öldürüldüyünü açıqlayıb.
TAHİR