Fransa prezidenti Emmanuel Makronun ölkənin cənubundakı Qanq qəsəbəsinə səfəri ərəfəsində polis tərəfindən sakinlərə məxsus yemək qazanları müsadirə edilib.
Sosial mediada paylaşılan görüntülərdə fransız polisinin nümayişçilərin səs-küy salmaq üçün istifadə etdiyi kiçik polad qazanları müsadirə etdiyi görünür.
Yerli rəsmilər Makronun yerli orta məktəbə səfərindən əvvəl qəbul edilən qazanın qadağan edilməsi qərarını “daşına bilən səs avadanlığı” və “əyləncə avadanlığı”na qoyulan qadağa kimi qiymətləndiriblər.
Mövzu ilə bağlı açıqlama verən, solçu İtaətsiz Fransanın yerli məclis üzvü Sebastien Rome, "Qadağa yalnız yumurta və tavalara aiddirsə, mənim evimdə bunlar yemək üçün istifadə olunur" deyib.
Qeyd edək ki, çərşənbə günü Makronun Mutterşolts şəhərinə səfəri zamanı etirazçılar qazanlar, həmçinin tava və kürəklərdən istifadə edərək aksiya keçiriblər.
Təqaüd yaşını 62-dən 64-ə endirmək islahat planına görə ölkə miqyasında nümayişlərin hədəfinə çevrilən Makron barışıq üçün bir ölkənin bir çox bölgəsini əhatə edən turneyə çıxıb.
TAHİR