Serbiya prezidenti Aleksandar Vucic Qərb nümayəndələrinin Belqradı Rusiya ilə qorxudub NATO-ya üzv olmağa çağırdığını, lakin onlar üçün əsl təhlükənin hərbi alyans olduğunu deyib.
“Bizə Rusiyanın hamı üçün təhlükə olduğunu, ona görə də NATO-ya daxil olmamız gərkdiyini deyirlər. NATO-ya üzv ola bilmərik, çünki NATO bizim üçün real təhlükədir" deyən Vuçiç xatırladıb ki, aprelin 23-ü NATO-nun Serbiya Radio və Televiziyasının binasına endirdiyi və 16 əməkdaşın ölümü ilə nəticələnən hava hücumunun 24-cü ildönümüdür.
Martın 24-də, 1999-cu ildə bombardmanın başlanmasının ildönümündə Vuçiç Qərb hərbi blokunun rəhbərliyinə müraciət edib: "Alyansa serb vətəndaşlarını öldürmək hüququnu kim verib? NATO-nun bombardmanları 87-si uşaq olmaqla 2500-dən çox insanı öldürdü və 100 milyard dollarlıq ziyana səbəb oldu”.
Serbiya hazırda parlamentin 2007-ci il qətnaməsinə uyğun olaraq NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının üzvü kimi hərbi neytrallığını qoruyur.
TAHİR