Bazar günü günü, 08 noyabr 2026
     

İsrailin İran sərhədləri yaxınlığında səfirlik açması Tehranı silkələdi...

Image


Son günlərin ən çox diqqətçəkən hadisələrindən biri də İsrailin xarici işlər naziri Eli Koenin Azərbaycandan sonra Türkmənistana səfər etməsidir. Səfərdən öncə Eli Kohen Azərbaycanda müxtəlif görüşlər keçirib.

Bu görüşlərdə İsraillə ölkəmiz arasında enerji, ticarət, sənaye, kənd təsərrüfatı, innovasiyalar, infrastruktur, əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafı əsas diqqət mərkəzində yer alıb.

İsrailin keçmiş rabitə naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara bildirib ki, İsrail bir çox sahələrdə, o cümlədən kibertəhlükəsizlik və müdafiə sənayesinin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər uzun illərdir ki, inkişaf edir və onu çox səmimi adlandırmaq olar. A.Kara vurğulayıb ki, Azərbaycan səfirliyinin Təl-Əvivdə möhtəşəm açılış mərasimindən sonra ikitərəfli münasibətlər daha bir pillə yüksəlib. Sabiq nazir qeyd edib ki, ölkələr arasında əməkdaşlıq bir çox sahələrdə həyata keçirilir: mədəniyyət, tikinti, neft-qaz sənayesi və sair: “Hesab edirəm ki, bu sektorlardakı tərəfdaşlıq hər iki dövləti gücləndirir və buna görə də biz düzgün yoldayıq”. A.Kara dövlətlərin müxtəlif sahələrdə daha çox birgə layihələr həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb. O əlavə edib ki, Azərbaycan və İsrail birlikdə gücdür. Azərbaycandan başqa İsrailin münasibətlərini dərinləşdirmək istədiyi daha bir türk ölkəsi Türkmənistandır. İsrailin xarici işlər naziri Eli Koenin Türkmənistana səfəri bu mənada xüsusi maraq doğurur. Kohen Türkmənistan paytaxtında İsrail səfirliyinin açılışı mərasimində iştirak edib. Türkmənistanın da Azərbaycan kimi İranla uzun sərhədi var və Aşqabaddakı səfirlik İran sərhədinin 20 kilometrliyində olacaq. “The Times of Israel” nəşri yazır ki, bu, İsrail xarici işlər nazirinin son 30 ildə Türkmənistana ilk səfəridir.

Qeyd edək ki, Türkmənistan İsraillə münasibətlərini Sovet İttifaqının çökməsi ərəfəsində, 1991-ci ildən qurmağa başlayıb. Təxminən 10 il bundan əvvəl iki ölkə arasında isti münasibətlər Aşqabadda İsrailin müvəqqəti nümayəndəliyinin açılmasına imkan verib. Lakin İsrailin yeni səfirliyi məxsusi olaraq bu məqsədlə tikilmiş binada açılacaq. Onu da bildirək ki, İsrail və Türkmənistanın vəzifəli rəsmiləri tez-tez qarşılıqlı səfərlər edir, siyasət, iqtisadiyyat və enerji sahələrində sənədlər imzalayır. Bu yaxınlarda iki ölkə arasında səhiyyə və kibermüdafiə sahələrində əməkdaşlığa başlanıb. “The Times of Israel “yazır ki, Aşqabadda səfirliyin açılmasında məqsəd həm də İrana İsrailin bu regionda güclənməsinin mesajını verməkdir. Bu də təsadüfi deyil. Belə ki, İran İsrailə qarşı düşmənçilik siyasətinin miqyasını genişləndirir. Sözügedən xüsusda İsrailin “Maariv” qəzeti yazır ki, İranın İsrailə qarşı planları arasında qonşu ölkələrdə yəhudi dövləti ilə mümkün müharibəyə hazırlıq, habelə həmin qonşuların ərazisinə terrorun yeridilməsi də var. Nəşr İranın İsrailə qarşı təhdidlərinə toxunaraq, ölkənin təhlükəsizliyi ilə bağlı Tehranın yəhudi dövlətinin sərhədləri daxilində və xaricində planlarının təfərrüatlarını dərc edib. “Maariv” İsrail ordusunun kəşfiyyat bölməsinin İrana aid şöbəsində işləyən dörd zabitlə müsahibə apararaq müxtəlif mövzuları, o cümlədən İran xalqının inqilabi üsyanını, bu ölkənin regional fəaliyyətini, eləcə də Tehranın nüvə proqramının vəziyyətini müzakirə edib. Zabitlər İranda son aylar keçirilən etiraz aksiyalarının təsirinin ən azı ya gələn il, ya da iki ilə görünəcəyini vurğulayıblar. Müsahibədə İranın İraqdakı rolundan və İslam Respublikasının İsraillə mümkün müharibədə istifadə etmək üçün bu ölkədə yerləşdirdiyi yüzlərlə kamikadze pilotsuz uçuş aparatından bəhs edilib. “Vala News” xəbər saytı qeyd edib ki, İranın ali lideri Əli Xamnei bir il əvvəl İnqilab Keşikçiləri Qvardiyasının bir sıra rəsmilərinin öldürülməsi və İranın nüvə proqramına görə İsraildən qisas almağa dair qərar verib. İsrail mətbuatının yazdığına görə, bu səbəbdən İslam Respublikası öz terror fəaliyyətlərini İsrail sərhədləri daxilinə sıxışdırmağa çalışır. İsrail ordusu kəşfiyyatının məlumatına görə, İran hakimiyyəti bunu hələ ki, bacarmayıb. Ancaq rəsmi Tehran Livan, Suriya, Qəzza zolağı, İordan çayının qərb sahili və İraq da daxil olmaqla İsrailə qarşı başqa cəbhələri aktivləşdirməyə və gücləndirməyə çalışır. Qeyd edək ki, bir müddət əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının rəhbəri ilə görüşdə demişdi: “İran İsrailin təhlükəsizliyinin təhdidlərinin 95 faizinə görə məsuliyyət daşıyır. Əgər dünya gücləri İranın nüvə silahı əldə etməsinə mane olmasa, bütün dünya girov qalacaq”. Tehranın İsrailin regionda güclənməsinə münasibəti birmənalı şəkildə mənfidir.  İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycan və Türkmənistana səfərləri də bu fonda İranda narahatlıqla izlənilir. Kohenin Bakıya gəldiyi gün İranın Azərbaycanla sərhədə xüsusi radar sistemləri yerləşdirməsi barədə məlumat tirajlaması da bunun təsdiqidir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ