Bazar günü günü, 08 noyabr 2026
     

İranın qız məktəblərində zəhərlənmə kütləvi hal alır - milyonlarla məktəbli qız ölüm risqi ilə üz-üzə...

Image


İran rejimi tərəfindən qızlara və qadınlara qarşı sözün əsl mənasında terror və aqressiya getdikcə daha şiddətli xarakter almaqdadır. Xüsusən də məktəbli və tələbə qızların zəhərlənmə halları artıq bir neçə aydır ki, özünü qabarıq surətdə büruzə verir.

Yayaılan məlumatlardan belə bəlli olur ki, İran Azərbaycanının Urmiyə və Ərdəbil şəhərlərində məktəbli qızlar yenidən zəhərlənib.

Sosialy mediada yayılan xəbərlərə görə, Urmiyədə Şafii və Hədəf, Ərdəbildə isə Baharan məktəbinin qız şagirdləri zəhərlənib. Bu məktəblərdən bir neçə şagird təngnəfəslik və halsızlıq səbəbindən təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yayımlanan məlumata görə, bu şəhərlərlə eyni vaxtda Kərəc, Tehran, Kirmanşah və Saqqız şəhərlərində də məktəbli qızlar zəhərlənib. Sosial mediada yayılan və vətəndaşlar tərəfindən lentə alınan görüntülərdə məktəblərin qarşısında təcili yardım maşınları və şagirdlərin valideynləri, təcili yardım işçilərinin isə ağır vəziyyətdə olan şagirdlərə kömək etdiyi müşahidə olunur. Bundan əlavə, sosial mediada yayılan video-görüntülərdə Urmiyədə iki məktəbin şagirdlərinin zəhərləndiyi bildirilir. Urmiyə şəhərində Təravət adlı qız məktəbində zəhərlənən şagirdlərdən bir neçəsi təcili tibbi yardım şöbəsi tərəfindən xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Bəzi məlumatlarda xəstəxanaya yerləşdirilən tələbələrin sayının təxminən qırx nəfər olduğu bildirilir. Ərdəbildə Merac adlı məktəbin şagirdlərinin xəstələndiyi və bəzilərinin təcili yardım maşınları ilə xəstəxanaya köçürüldüyü barədə xəbərlər yayılıb. Bildirilir ki, artıq üçüncü dəfədir Ərdəbildəki Merac məktəbində şagirdlər zəhərlənir. Digər görüntülərdə Təbrizin Zəfəraniye rayonundakı Aseman ibtidai məktəbi şagirdlərinin kimyəvi qazdan zəhərləndiyi irəli sürülüb. Görüntülərdə zəhərlənmə hadisəsindən xəbər tutan valideynlərin məktəbin qarşısına toplaşdığı və burada təcili yardımın gözləndiyi görülüb. Zəhərlənmə hadisəsindən sonra məktəb direktorunun tələbələrə küçəyə çıxmalarına icazə vermədiyi iddia edilərkən, valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilmədiklərini bildirib. Yenə sosial şəbəkə istifadəçiləri Kürdüstan vilayətinin Senendec şəhərindəki Nesibe Liseyi, Qərbi Azərbaycanın Urmiya şəhərində Fərzanqan Liseyi, Elburz vilayətinin Kərəc şəhərində Məhəmməd Bakır Liseyi və Mələkzadə İbtidai məktəbinin şagirdlərinin  zəhərləndiyini açıqlayıblar. Ölkənin müxtəlif şəhərlərindəki qız məktəblərində zəhərlənmələrin sayı xeyli artıb. İran parlamentinin Təhsil Komissiyasının üzvü Əhməd Hüseyn Fəllahi İran mediası ilə söhbətində təhlükəsizlik qurumlarını tənqid edərək bildirib ki, bu qurumlar bu məsələ ilə çox səthi məşğul olurlar və belə hadisələr hakimiyyət üçün yaxşı nəticələrə gətirib çıxarmaya bilər. Buna rəğmən, İranın səhiyyə naziri Bəhram Eynullahi verdiyi son açıqlamada tələbələrin zəhərlənməsinə dair güclü dəlil olmadığını bildirib və zəhərlənmə yerinə “halsızlıq” kəlməsini işlədib: “Bizim hesabat göstərir ki, məktəblilərin 90%-dən çoxunda heç bir zəhərlənmə yoxdur və heç bir zəhər yoxdur və problem yoxdur, sadəcə bunlar daha çox qayğı və stresdən yaranır”. Amma “Amnesty İnternational” təşkilatı bəyan edir ki, İranda əslində milyonlarla məktəbli qız zəhərlənmə risqi altındadır. Təşkilatın bildirdiyinə görə, İranda qızların təhsil aldığı məktəblərin qəsdən hədəfə alınaraq kimyəvi qaz balonları ilə hücumların təşkil edilməsi fonunda milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və həyat hüquqları təhlükə altındadır. Qeyd olunub ki, ötən ilin noyabr ayından indiyə qədər minlərlə məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib: “İranın səlahiyyətli orqanları qızların stress, həyəcan və psixoloji gərginlik kimi simptomlarını rədd edərək, təşkil olunan hücumları adekvat şəkildə araşdırıb bitirməyib”. Qeyd edək ki, 30 noyabr 2022-ci ildən İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. İndiyədək 250-yə yaxın məktəbdə 5 mindən çox tələbə zəhərlənib. Tələbələrdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və bədəndə uyuşma kimi simptomlar müşahidə olunur.

Bu arada İranın Kürdüstan vilayətində məktəbli qızların zəhərlənməsi valideynlərlə polis arasında qarşıdurmaya səbəb olub. Məktəbdə qızların zəhərlənməsi barədə məlumat alan valideynlər təcili olaraq məktəbin qarşısına toplaşıblar. Hadisə yerinə gələn polis onları məktəbin qarşısından uzaqlaşdırmağa çalışıb, bu isə qarşıdurmaya səbəb olub. Zorla məktəbə daxil olan valideynlər çağırılan təcili tibbi yardım avtomobilini gözləmədən uşaqlarını həkimə çatdırıblar. Bundan əvvəl İranın hüquq fəalları iddia ediblər ki, tələbə qızların kütləvi zəhərlənməsi ötən ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra başlayan etiraz nümayişlərinə görə qisas aktı ola bilər. ABŞ-da yaşayan iranlı fəal Məsih Əlinecad isə iddia edib ki, hakimiyyət hicab və rejim əleyhinə nümayişlərdə iştirak edənlərə qarşı bioloji silah tətbiq edib. İranın məşhur sünni ruhanisi Mövləvi Əbdülhəmid O qeyd edib ki, Qum və Burucərdi şəhərlərində tələbə qızların kütləvi zəhərlənməsi aktları insanlığa və İslama qarşı törədilən cinayətdir. Bu arada rejim kütləvi zəhərlənməyə etiraz edənlərə qarşı da fəaliyyətə keçib. Belə ki, Təbriz Tibb Elmləri Universitetinin tələbələri məktəbli qızların kütləvi zəhərlənməsinə etiraz etdikdən sonra onlardan ən azı 16 nəfərinin təhsil almasına qadağa qoyulduğu bildirilir.  Təbriz Tibb Elmləri Universitetinin tələbələrinə bağlı sosial media səhifələri və insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bildirir ki, universitetin intizam komitəsinin şurasının qərarı ilə 6 tələbənin iki semestr, 10 tələbənin isə bir semestr təhsil alması qadağan edilib. Həmçinin bu universitetin daha 10 tələbəsi barədə qərar qəbul edilməsi üçün dosyeləri Səhiyyə Nazirliyinin İntizam Komitəsinin Mərkəzi Şurasına göndərilib. İntizam komitəsinin tələbələrin təhsildən uzaqlaşdırılması ilə bağlı qərarının universitet tələbələrinin keçən ay universitet şəhərciyində ölkə miqyasında məktəbli qızların kütləvi şəkildə zəhərlənməsinə etiraz olaraq piket keçirməsi ilə əlaqədar olduğu bildirilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ