Bazar günü günü, 08 noyabr 2026
     

Putinlə “Vaqner”in gizli planı - Ukraynadan "sakit çıxmaq" taktikası?..

Image


Ukraynanın Bahmut şəhərinin ələ keçirilməsi üçün Ukrayna əsgərləri ilə toqquşmalarda öndə olan Rusiyanın muzdlu şirkəti "Vaqner Qrup"un lideri Kremlə çağırış edib.

Qrupun lideri, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Yevgeni Priqojin Kremlə müraciət edərək müharibəyə son qoymağa çağırıb: “Bizim üçün ən uyğun variant xüsusi hərbi əməliyyatın başa çatdığını və Rusiyanın istədiyinə nail olduğunu elan etməkdir. Müəyyən mənada biz bu məqsədlərə həqiqətən nail olduq. Ukrayna Silahlı Qüvvələrinin çoxlu əsgərini öldürdük və missiyamızı yerinə yetirdik deyə bilərik".

"Vaqner"in lideri Rusiyanın Ukraynanın işləyən kişi əhalisinin əksəriyyətini məhv edib, Avropaya qaçanlara da göz dağı verərək bu işi nəzəri cəhətdən çoxdan bitirdiyini iddia edib.

Priqojin keçən həftə döyüşçülərinin Bahmutda bələdiyyə binasını ələ keçirdiklərini və şəhərin ələ keçirildiyini iddia etmişdi. Ukrayna isə iddiaları rədd edərək müqavimətin davam etdiyini bildirib.

Britaniya Müdafiə Nazirliyi 9 aydır müharibənin ən uzun və ən qanlı səhnələrinə şahidlik edən Bahmuta Rusiyanın hücumlarının yenidən şiddətləndiyini və Ukrayna əsgərlərinin şəhərin bəzi bölgələrindən geri çəkilmək məcburiyyətində qaldığını bildirib:

"Ukrayna hələ də şəhərin qərb hissələrini əlində saxlayır, lakin Rusiya artilleriyasının ağır atəşinə məruz qalırlar".

Ola bilərmi  ki, Putinın ətrafı  bu yolla müharibəni  dayandırmağı təşviq etsin?

Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, burda müxtəlif ehtimallar var: “Söhbət müharibə faktından gedir. İlkin məqsəd, planda Ukraynanı bütövlükdə zəbt edib, öz əhatə dairəsində saxlamaq idi. Ancaq heç də Rusiya öz məqsədinə nail ola bilmədi. Rusiya elə bilirdi ki, bütün Ukrayna onu ağ bayraqla qarşılayacaq. Amma bu olmadı. Rusiyanın öz məqsədinə çatması birmənalı olaraq ikinci plana keçir. Sadəcə,  burda vəziyyət ondan ibarətdir ki, artıq dünya düzənində bəzi məsələlərə nəzər yetirəndə görürsən ki, bütün dünya Rusiyaya qarşıdır. Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq olunur. Rusiya hər ay milyardlarla dollar vəsait itirir, insanını itirir. Bütün bunlar Rusiyanın infrastrukturunda müəyyən deformasiyalar, ciddi problemlər yaradır. Bu problemlərin aradan qaldırılması məsələsi də artıq uzun illərin işi olacaq. Bilirsiz ki, ictimai rəyə görə artıq Rusiyada bu məsələ ilə bağlı fikir yaranıb. İnsanların böyük əksəriyyəti müharibənin əleyhinədir. Faktiki olaraq, zaman Rusiyanın əleyhinə işləyir. Ona görə də, mən düşünürəm ki, bu məsələdə Rusiyanın geri çəkilməsi rəsmi Moskva üçün ən optimal variantdır”

 Əlbəttə, ictimai rəyin formalaşdırılması dedikdə, biz ilk baxışdan gözə görünməyən, lakin daxildə kifayət qədər Putin rejiminə qarşı müxalif mövqedə dayanan adamları da nəzərdə tuturuq. Bu adamların böyük bir qismi ziyalılardır, ehtiyatda olan generallardır, eyni zamanda Rusiyanın tanınmış mədəniyyət xadimləridir”.

Ekspertin sözlərinə görə. Rusiyanın Ukrayna müharibəsi ilə bağlı durumu heç də xoşagələn deyil: “Hər gün daha çox bataqlığa batdığından, ola bilsin ki, lap yüksək səviyyədə ictimai rəyi formalaşdırmaq məqsədilə geriyə çəkilmək üçün bir fon yaratmaq istəyirlər. “Ziyanın yarısından qayıtmaq da xeyirdi”,  kimi addım atmaq niyyətləri var. Ancaq birmənalı şəkildə Rusiya Ukraynada qələbə qazana bilmədi. Əksinə, Qərb  cameəsi  Rusiyanı asanlıqla Ukrayna bataqlığına cəlb etdi. Bu məsələdə mən həmişə öz fikrimi bu şəkildə bildirmişəm ki, nə Qərbi, nə də Avropanı Ukrayna xalqının taleyi maraqlandırır. Onlar Ukraynadan istifadə edərək Rusiyaya qarşı müharibə aparırlar. Poliqon olaraq da Ukrayna ərazisi seçilib. Ən çox əziyyəti çəkən də Ukrayna xalqıdır. Yoxsa milyardlarla vəsaiti Amerika, İngiltərə kimi ölkələr Ukraynaya niyə  göndərsinlər? Kim öz pulundan keçər? Təbii ki, bu, Rusiya-Avropa qarşıdurmasıdır. Bu qarşıdurmada Rusiya getdikcə daha çox bataqlığa batır. Ona görə də, yəqin ki, bu cür çağırışlarla “ xüsusi əməliyyat”  kimi xarakterizə etdikləri bu xoşagəlməz hadisənin bitməsinə nail olmağa çalışırlar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ