Sudanın paytaxtı Xartum və ölkənin müxtəlif şəhərlərində Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDQ) arasında silahlı toqquşmalar davam edir.
Tərəflər arasında baş verən qarşıdurma zamanı Sudanın Mədən naziri Məhəmməd Bəşirin evi raketlə vurulub. Nazirliyin məlumatına görə, nazir Məhəmməd Bəşirin paytaxt Xartumun Bəhri rayonunda yerləşən evinə 2 raket düşüb.
Hadisə zamanı nazirin ailəsindən 2 nəfər ölüb, 2-si cangüdən olmaqla 3 nəfər yaralanıb.
Paytaxtda baş verən qarşıdurmalar zamanı Mədən Nazirliyinin binası da vurulub.
TAHİR