Son vaxtlar, xüsusən də Ukraynanın Bahmut şəhərinin ələ keçirilməsi üçün Ukrayna əsgərləri ilə toqquşmalarda öndə olan Rusiyanın muzdlu şirkəti "Vaqner Qrup"un lideri Kremlə çağırış edib. Qrupun lideri, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Yevgeni Priqojin Kremlə müraciət edərək müharibəyə son qoymağa çağırıb.
Priqojin "Telegram" hesabında yazıb: “Bizim üçün ən uyğun variant xüsusi hərbi əməliyyatın başa çatdığını və Rusiyanın istədiyinə nail olduğunu elan etməkdir. Müəyyən mənada biz bu məqsədlərə həqiqətən nail olduq. Ukrayna Silahlı Qüvvələrinin çoxlu əsgərini öldürdük və missiyamızı yerinə yetirdik deyə bilərik".
"Vaqner"in lideri, Rusiyanın Ukraynanın işləyən kişi əhalisinin əksəriyyətini məhv edib, Avropaya qaçanlara da göz dağı verərək bu işi nəzəri cəhətdən çoxdan bitirdiyini iddia edib.
Priqojin keçən həftə döyüşçülərinin Baxmutda bələdiyyə binasını ələ keçirdiklərini və şəhərin ələ keçirildiyini iddia etmişdi. Ukrayna isə iddiaları rədd edərək müqavimətin davam etdiyini bildiriredib.
Britaniya Müdafiə Nazirliyi 9 aydır müharibənin ən uzun və ən qanlı mübarizəsinə şahidlik edən Rusiyanın Baxmuta hücumlarının yenidən şiddətləndiyini və Ukrayna əsgərlərinin şəhərin bəzi bölgələrindən geri çəkilmək məcburiyyətində qaldığını bildirib.
"Ukrayna hələ də şəhərin qərb hissələrini əlində saxlayır, lakin Rusiya artilleriyasının ağır atəşinə məruz qalırlar", - nazirlik bildirib.
TAHİR