Ramazan ayında gün batmazdan bir saat əvvəl, insanlar ailələri ilə iftar etmək üçün vaxtında evə yetişmək istərkən Qəzza şəhərinin yolları avtomobillərlə dolu olur.
Güclü tıxacda dayandıqları üçün oruclarını açmaq şansı olmayanlara Ehab Ayyad kömək edir.
Qəzzəli xristian kişi, Peyğəmbərin ənənəsinə uyğun olaraq, tıxacda qalan və ya evə gecikən müsəlmanlara iftar etmək üçün xurma və su təklif edir.
Beş il əvvəl Ayyad qonşularına xurma və su təklif etməklə başladı. Daha sonra bu təklifi ümumiləşdirməyə qərar verdi.
"Bir xristian olaraq müsəlman qardaşlarıma xurma və su təklif edirəm, çünki biz eyni vətəndə yaşayırıq və eyni qana sahibik. Onlara əvvəlcə bir xristianın bunu necə etdiyi maraqlı idi, lakin günlər keçdikcə məni hər il görməkdən xoşbəxt oldular" -23 yaşlı Ayyad dedi.
"Reaksiyalar müsbətdir və mən xoşbəxtəm və fəxr edirəm."- əlavə etdi
Ayyad evində bağlamaları hazırlamaq üçün 13 yaşlı müsəlman qonşusundan kömək alıb.
“Bayramlarımızda müsəlman qonşularımız ziyarətə gəlib bizi təbrik edirlər, biz də onların bayramlarında da bunu edirik”, - deyə Əyyad bildirib.
2007-ci ildən İsrailin başçılıq etdiyi blokada altında olan və islamçı Həmas qruplaşmasının idarə etdiyi sahil zolağı olan Qəzzədə 2,3 milyon əhalisi olan, əksəriyyəti yunan pravoslav olmaqla cəmi 1000 xristian var.
Xudakişiyeva Səfiyə, BDU- nun Jurnalistika fakültəsinin IV tələbəsi, praktikant