Seçki texnologiyaları şirkəti Dominion Voting Systems Fox News-u böhtana görə məhkəməyə verir. Dominion iddia edir ki, bəzi şirkət rəhbərləri və Fox yayım ulduzları Dominionun 2020-ci il seçkilərini Trampa qarşı və prezident Co Baydenin adından saxtalaşdırdığına dair yalan iddialar irəli sürüblər.
“Bakı-Xəbər” qəzeti “TIME” jurnalına istinadən xəbər verir ki, Fox News məhkəmədə uduzsa, şirkət Dominion tərəfindən tələb olunan 1,6 milyard dollara qədər məbləğ ödəməlidir. Fox-un reputasiyasına zərər də əhəmiyyətli ola bilər. Əsas məhkəmə aprelin 17-də başlayacaq.
Məhkəmə zamanı aşkar edilən mesajlar və e-poçtlar göstərir ki, Fox News-un daxilində də bir neçə nəfər seçki saxtakarlığı iddialarını şübhə altına alıb.
“Yeri gəlmişkən, Sidney Pauell yalan danışır. Mən onu tutdum”, – aparıcı Taker Karlson 2020-ci ilin noyabrında Laura İnqrahama seçki bəyanatlarını yayan vəkil haqqında yazdığı mesajda bildirdi. Daha sonra əlavə etdi: “Bu, mənim üçün inanılmaz dərəcədə təhqiramizdir. Bizim tamaşaçılar yaxşı insanlardır və buna inanırlar”.
Qeyd etmək lazımdır ki, bəzi əyalət seçki rəsmiləri, Fox News-un iddiaları əsasında, Dominion ilə işləməkdən narahat olduqlarını bildiriblər. Şimali Kaliforniyanın bir əyaləti hətta şirkətlə müqaviləni ləğv etdi.
Gülnarə Rəhimova, BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi, praktikant