Bazar günü günü, 08 noyabr 2026
     

Fransada ümummilli etirazlar Makronu devirə bilər

Image


Fransada pensiya islahatı əleyhinə etiraz nümayişləri və tətillər davam edir. Hər dəfə etirazlara çıxanların sayında ciddi artım qeydə alınır. Paytaxt Parisdən başqa Tuluza, Monpelye, Brest, Nant, Marsel və Rene şəhərlərində də sayca 12-ci ümummilli etiraz keçirilib.

Qeyd edək ki, pensiya islahatı ilə əlaqədar hökumət və həmkarlar ittifaqları arasında aparılan danışıqlar nəticə verməyib. Belə vəziyyətdə Fransa mediasında prezidentlə baş nazir arasında fikir ayrılığının olması ilə bağlı iddialar yer alıb. Baş nazir Elizabet Born pensiya islahatından sonra ölkədəki vəziyyəti sakitləşdirmək üçün çalışmaq lazım olduğunu bildirib. O qeyd edib ki, Fransada vəziyyəti saktiləşdirməyə ehtiyac var, bu dəfə həmişə olduğu kimi olmayacaq: “Parlamentdə qanun layihələrinin mətnlərini qəbul edib bir araya gəlməli olacağıq”. Onun bu fikri, əslində, prezidentə “pensiya islahatından əl çəkin” deməkdir. Baş nazirin fikrincə, müzakirələr qapalıdır, zamana ehtiyac var. Həmçinin insanlara diqqət göstərilməlidir. Baş nazir sosial tərəfdaşlarla dialoqu bərpa etməyə, əksəriyyəti yenidən birləşdirməyə çağırış edib. Elizabet Born Kanadaya aprelin 19-na planlaşdırılan səfərini ölkədə pensiya islahatları ilə bağlı etirazlara görə təxirə salmaq qərarına gəlib. Amma prezident Emmanuel Makron əks mövqe tutaraq ilin sonuna kimi pensiya islahatının mütləq reallaşacağıı qeyd edir. Makron ölkədəki etiraz aksiyaları və tətillərlə bağlı aşağıdakıları qeyd edib: “Narazılığı ifadə etmək üçün nümayişlər olanda bu, qanunidir. Amma etirazçılar işi əngəlləyəndə biz onu dayandıra bilməliyik. Bu səbəbdən hökumətdən danışıqlar üçün bütün səyləri göstərməsini xahiş etdim, əgər bu kömək etməsə, onda insanları məcburi işləməyə vadar etmək lazım gələcək”. Qeyd edək ki, belə vəziyyətdə Fransa Milli Assambleyası hökumətə etimadsızlıq məsələsini səsə qoyub, lakin Fransa parlament müxalifəti pensiya islahatına görə etimadsızlıq səsverməsi üçün lazımi səs çoxluğu əldə edə bilməyib. Elə bu səbəbdən xalq etirazları davam edir. Bu fonda Fransanın sabiq iqtisadiyyat və maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun sabiq prezidenti Dominik Strauss-Kan Emmanuel Makronun pensiya sistemində islahat planında buraxdığı dörd səhvi düzəltməsə, beşincinin daha ciddi olacağını bildirib. O, tviter hesabında paylaşdığı “Beşinci səhv” adlı mətndə Fransanın acınacaqlı vəziyyətdə olduğunu yazıb. Pensiya sisteminin maliyyələşdirilməsində islahatların zəruriliyini vurğulayan BVF-nin sabiq prezidenti qeyd edib ki, bu gün pensiya yaşı deyil, pensiya sistemi konsepsiyası dəyişdirilməlidir. Onun fikrincə, Makron dörd səhvə yol verib. Fransa pensiya müddətinə əsaslanan sistem qurmaq üçün pensiya yaşına əsaslanan sistemi tərk etməlidir. Pensiya müddəti dəyişən maliyyə ehtiyacları ilə yavaş-yavaş və davamlı şəkildə uyğunlaşacaq. Dominik Strauss-Kan Emmanuel Makronun səhvini zamanla əlaqələndirib. Bildirib ki, pensiya islahatı çox pis vaxtda - fransızların digər çətinliklərlə üzləşdiyi zamanda irəli sürülüb. Deməli, vaxt düzgün seçilməyib: “İllərdir ki, edilən ardıcıl səhvlərin ölkəni çıxılmaz vəziyyətə salması təəccüb doğurmur. Dörd əsas səhv görürəm”. Bununla sabiq nazir ilk səhvin zaman seçimi ilə bağlı olduğunu bildirib. Pensiya islahatının vacib olduğunu qeyd edən Strauss-Kan bununla belə hesab edir ki, bu, təcili deyil. Başqa sıxıntılardan, xüsusilə də alıcılıq qabiliyyətinin aşağı düşməsindən, inflyasiyadan əziyyət çəkən fransızlara bu islahat daha bir ağır zərbədir. O, son sosial sorğunun nəticələrinə istinadla vurğulayıb ki, fransızlar gündə bir dəfə yeməyi (üç dəfə deyil, iki dəfə yemək yeyirlər) təxirə salmaq məcburiyyətində qalıblar. Indi düzəldilməli təcili vəziyyət budur: “Əlbəttə, qanunlar küçədə deyil, parlamentdə qəbul edilməlidir. Amma küçəni dinləmək, anlamaq da siyasi məsuliyyətin bir hissəsidir. Artıq birdən-birə kəsilən sosial dialoqun tellərini təzələmək üçün təşəbbüs göstərmək Prezidentin üzərinə düşür. Əks halda, əvvəlkilərə beşinci xəta əlavə olunacaq”.

Bu arada qeyd edək ki, Fransa İctimai Rəy və Marketinq İnstitutunun (İFOP) ölkədə inflyasiyanın səviyyəsi ilə bağlı apardığı sorğunun nəticələri acınacaqlıdır. Fransada inflyasiya çox sayda ailəni çətinliklə üz-üzə qoyub və onlar gündəlik yeməyi 3 dəfədən 2 dəfəyə azaltdıqlarını bildiriblər. İFOP-un apardığı sosial sorğunun nəticələrinə görə, ölkədə inflyasiyanın ən çox təsir etdiyi qida sahəsi olub və mart ayında inflyasiya 15,8 faiz təşkil edib. Məlum olub ki, fransızların 42 faizi gündəlik 3 yemək normasını azaldaraq 2 dəfə yeməyə məcbur olduqlarını bildirib. 53 faiz isə yeməyin həcmini azaltdıqlarını deyib. Fransızların 52 faizi əvvəlki dövrlə müqayisədə daha az meyvə və tərəvəz ala bildiklərini, bəzən isə buna imkanlarının çatmadığını bildiriblər. Fransa Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, son 1 ildə süd məhsullarının qiymətində 21 faiz, dondurulmuş ətdə 31,6 faiz, kağız dəsmallarda 30,4 faiz, konservləşdirilmiş makaronda isə 30,3 faiz artım qeydə alınıb. Qeyd edək ki, bu ilin əvvəlindən Fransada qida məhsullarının qiyməti yenidən artıb. Fevralda bu artım 14,8 faiz, martda isə 15,8 faiz olub. Hesab edilir ki, indiki acınacaqlı vəziyyətdə genişlənən etirazlar Fransada hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ