Avstriya Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə həbs olunacağını bəyan edib.
"Heç kim qanundan üstün deyil. Bütün cinayətlər boşluq qoymadan aydınlaşdırılmalıdır, heç kim cəzasız qala bilməz" - deyən bəyanatda Avstriyanın da digər ölkələr kimi Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarları yerinə yetirməyə borclu olduğu vurğulanıb.
Açıqlamada bildirilir ki, bu, Məhkəmənin çıxardığı həbs qərarının icrası və axtarışda olan şəxsin tutulması deməkdir: "Bu, təbii ki, prezident Putinə də aiddir".
Bununla belə, Putinin Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının keçərli olduğu 123 ölkəyə səfər edərək bu risqə getməyəcəyi də qeyd edilib.
TAHİR