İranda hökumət kamera ilə qadınların ictimai yerlərdə və küçələrdə hicab taxıb-taxmadığını yoxlayacaq.
İran rejimi qadınlara İslam qaydalarına uyğun olmayan münasibətini sərtləşdirir. Polisin rəsmi mətbuat orqanlarının və ədliyyə sisteminin saytı olan Mizan-ın məlumatına görə, bundan sonra ictimai yerlərdə və küçələrdə yerləşdirilən kameralar vasitəsilə qadınların hicab taxıb-baxmaması izləniləcək. Tənzimləməyə əməl etmədiyi aşkarlanan qadınların telefonlarına ala biləcəkləri cəzalar barədə məlumatların yer aldığı xəbərdarlıq mesajı veriləcək.
Tarixə nəzərə salsaq, ilk dəfə hicab 1979-cu il inqilabından sonra İran dövlət qulluqçuları üçün məcburi olub. Bunun ardınca 1983-cü ildə bütün ictimai yerlərdə hicab taxmağı məcburi edən qanun qəbul edildi.
İndiki dövr də daxil olmaqla, bu qanuna qarşı bir çox etirazlar baş verib. Ən son baş veren etiraz 16 sentyabrdan başlayan Mehsa Emini etirazlarıdır. Etirazlar 22 yaşlı Mehsa Emini adlı qadının polis nəzarətində olarkən öldürülməsinə cavab olaraq başlayıb. Etirazlar zamanı qadınlar baş örtüklərini çıxarır, hətta yandırır, küçələrdə istədikləri kimi var olmaq üçün mübarizə aparırlar. Şahidlərin sözlərinə görə, İranın “Əxlaq Polisi” “çadranı düzgün taxmadığına” görə Mehsa Emini adlı qadını həbs edib və sonrasında döyərək öldürüb. İran höküməti başlayan etirazları zorakılıqla yatırıb. Hətta etirazın bütün İrana yayıldığını görən hökumət ölkə daxilində bütün internet şəbəkəsini kəsdi. Buna qəzəblənən insanlar İran qadınlarına dəstək mesajları yayımladılar. Dünyaca məşhur aktyorlar, musiqiçilər, sənət adamlarının bu hadisəni paylaşması bu mövzunu təkcə İranda yox, bütün dünyada yaydı. Etirazların qeyri-mütənasib zorakılıqla yatırılması nəticəsində indiyədək 300-dən çox insan öldürülüb, 14 mindən çox insan həbs edilib.
Təəssüf ki, İran höküməti bugünə qədər də hicab qanununu məcburi şəkildə tətbiq etməyə davam edir.
Jalə Mirzəyeva BDU-nun jurnalistka fakültəsinin IV kurs tələbəsi Praktikant