Bazar günü günü, 08 noyabr 2026
     

Molla rejiminə qarşı etirazların miqyası yenidən böyüyür

Image


Güney Azərbaycanda soydaşlarımızın molla rejiminə etirazlarının artıq yeni mərhələsinin başlandığını müşahidə etmək olar. Bunu Təbrizin böyük stadionunda “Traktor” komandası və onun əsas rəqiblərindən olan İsfahanın “Sepahan” komandası arasında keçirilən matç zamanı bir daha müşahidə etmək mümkün olub. Həmin matç zamanı minlərlə tərəfdar milli-mədəni şüarlar səsləndirib.

İran Azərbaycanının digər şəhərlərindən də çox sayda azarkeş matçı izləmək üçün Təbrizə gedib. 2022-23 İran proliqa oyunları çərçivəsində keçirilən matç 1-0 hesabı ilə “Traktor” komandasının qələbəsi ilə başa çatıb. Sosial şəbəkələrdə yayılan videolarda Təbrizin 70 min nəfərlik “Səhənd” stadionunun tamaşaçılarla dolduğu görünür. Çox sayda “Traktor” azarkeşi matç boyunca “Türk dilində mədrəsə, olmalıdır hərkəsə” və “Azadlıq, ədalət, milli hökümət” kimi şüarlar səsləndirib. “Araz News” saytının yaydığı bir videoda görünür ki, stadionun bir tərəfində minlərlə tərəfdar yüksək səslə “Türk dilində mədrəsə” şüarını səsləndirir. Digər tərəfdəki tamaşaçılardan isə “Olmalıdır hər kəsə” cavabı eşidilir. “Abbas Lisani” adlı “Telegram” kanalında paylaşılan bir videoda isə tamaşaçıların “nə mutlu türküm deyənə” şüarını səsləndirdikləri görünür. Sosial şəbəkələrdə paylaşılan bəzi görüntülərdə azarkeşlərin əllərində plakatlar var. İranda “türk kimliyinin simvolu” kimi tanınan Təbrizin “Traktor” futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, “Urmiyə gölünün qurudulması” və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər. Hazırda belə görünür ki, türk kimliyi və dil məsələsi getdikcə ön plana çıxır. Bu isə perspektivdə daha böyük hədəflərə nail olunması üçün mühüm mərhələ hesab olunur. Bir sıra şəhərlərdə fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılmağa davam edib. Onu da bildirək ki, İranın müxtəlif bölgələrində ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyaları hələ də davam edir. Bu aksiyalarda səsləndirilən şüarlar daha da kəskinləşir. Əgər əvvəllər aksiya iştirakçıları sadəcə olaraq “Diktatora ölüm!” şüarı səsləndirirdilərsə, bu gün artıq “Xamneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qadın, Həyat, Azadlıq!” kimi radikal xarakter daşıyan şüarlar səsləndirirlər. Tehran, Sistan və Bəlucistan, Xuzistan və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib. Təbriz şəhərində Təbiət Günündə hicabsız gənc qızın xalq arasında Azərbaycan rəqsini ifa etməsi, hicablı qadının isə onu təbrik etməsi, Xuzistan əyalətində Qaşqay türklərinin 13-cü Bədr mərasimini rəqs və şənliklə qeyd etməsi, mərasimdə hicablı və hicabsız qadınların, kişilərin birlikdə iştirak etmələri artıq xalqın molla rejiminin qadağalarından cana doyduğunu göstərir. “Qız öldürən hökumətə ölüm!”, "Bu il qan ilidir, Seyid Əli devrilməlidir!" və bu kimi şüarlar səsləndirilib. Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər. Müxtəlif şəhərlərdə divarlara rejim əleyhinə şüarlar yazmaq trendi davam edir. Tehran əyalətində etiraz edən qızı həbs etməyə çalışan mülki geyimli zabit xalq tərəfindən döyülüb. Tehran şəhərinin Ziba, Baqeri bölgəsində etirazlar davam edib, hökumət və Xamnei əleyhinə şüarlar səsləndirilib. Xuzistan əyalətinin Behbahan şəhərində etirazçı gənclər divarlara şüarlar yazıblar: “Qatil Xamneiyə ölüm!”, “Qisas gününə heç nə qalmayıb!”. Sistan və Bəlucistan əyalətində üsyançı gənclər şüar yazma kampaniyasına uyğun olaraq kağızlara şüarlar yazıb videosunu dərc edərək virtual məkanda yayımlayıblar.

Urmiya, Kərəc, Nişapur şəhərlərində müəllimlərin aksiyası davam edib. Onlar tələblərinin yerinə yetirilməsini istəyiblər və “Həbsdə olan müəllim azad edilməlidir!”, “Müəllim qışqır, haqqın üçün qışqır!” şüarı səsləndiriblər. Əhvazda müəllimlər Baş Təhsil İdarəsi qarşısına toplaşaraq, hicabsız tələbələrin dərslərə buraxılmadıqları, məktəbli şagirdlərin zəhərlənməsi, maaşlarının vaxtında verilməməsi səbəbindən yürüş keçiriblər. Kürdüstan Müəllimlər Birliyi elan edib ki, müəllim fəal Süleyman Abdinin həbsi davam edərsə, Birliyin üzvləri Saqqız şəhərində təhsil müəssisəsinin binası qarşısında etiraz aksiyası keçirəcəklər. Süleyman Abdinin təqsiri sadəcə olaraq aksiyada iştirak edib gənc qızın polis tərəfindən öldürülməsinə etiraz etməkdən ibarətdir. Real vəziyyət isə göstərir ki, ki, molla rejimi hər hansı islahat apararaq ölkədə azad, demokratik mühit yaratmaq fikrində deyil. Rəsmi Tehranın bu siyasəti xalqın müqaviməti ilə qarşılaşır və vəziyyət getdikcə daha da gərginləşir.   İran xalqına molla rejiminə qarşı mübarizədə xaricdə yaşayan həmvətənləri də dəstək göstərirlər. İran hökumətinin xalqa qarşı kəskin mövqeyi, problemləri həll etmək əvəzinə, yaxın qonşularını təhdid edib ictimaiyyətin diqqətini yayındırmağa cəhd etməsi və sadəcə olaraq haqqını tələb edənləri edam hökmünə məruz qoyması ziyalı təbəqənin ölkəni tərk etməsinə səbəb olur. Artıq İranda hamı başa düşür ki, ölkənin heç bir perspektivi yoxdur. Təsadüfi deyil ki, İranı tərk edənlərin sayı gündən-günə artmaqdadır. Hələ aksiyalardan əvvəl İranı ildə 60 mindən çox adam tərk edərək müxtəlif ölkələrə köçürdü. Miqrasiya ilə məşğul olan bəzi şirkətlərin məlumatına görə, pandemiyanın səngiməsi ilə İranı tərk edənlərin sayı kəskin artıb. Belə ki, 2020-ci, 2021-ci və 2022-ci illərin hər birində İranı təqribən 120 min nəfər tərk edib. Həkimlər, mühəndislər, iş adamları, elmlə məşğul olanlar - bir sözlə, cəmiyyətin aparıcı qüvvəsi hesab olunan şəxslər ölkəni tərk edərək azad yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Belə vəziyyətin İranda nə qədər davam edəcəyini zaman göstərəcək. Hələlik isə xalq İranın böyük şəhərlərində etirazları, hakimiyyət isə edamları və təzyiqləri davam etdirir. Bu da ölkədə vəziyyəti gündən-günə daha da gərginləşdirir. Rejim isə yenə də bundan nəticə çıxarmır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ