Fransa prezidenti Emmanuel Makronun Çinə üç günlük səfərindən sonra verdiyi açıqlamalar açıq aşkar onun ABŞ-a xəyanət etdiyini göstərir.
Makron Avropa ölkələrinin ABŞ-dan asılılığını azaltmalı və Tayvan məsələsinə qarışmamalı olduqlarını bildirib. Avropa İttifaqının (AB) ABŞ və Çindən sonra “üçüncü supergüc” olması gərəkdiyini iddia edən Fransa lideri bildirib ki, ittifaq üçün əsas risq özünə aid olmayan böhranlara qarışması nəticəsində strateji müstəqilliyinə nail ola bilməməsidir.
“Avropalılar Ukrayna böhranını həll edə bilmədiyi halda, avropalılar necə “ayağınızı Tayvana çəkin” deyə bilər?" - Makron deyib.
Avropanın silah və enerji baxımından ABŞ-dan daha çox asılı olduğunu deyən Makron, Avropanın öz müdafiə imkanlarını inkişaf etdirməyə diqqət etməli olduğunu bildirib. Fransa lideri onu da bildirib ki, Avropa Rusiya və Çin tərəfindən də dilə gətirilən ABŞ dollarından həddindən artıq asılılığına son qoymalıdır.
“İki fövqəldövlət (ABŞ və Çin) arasında münasibətlər gərginləşərsə, bizim strateji müstəqilliyimizi qorumaq üçün vaxtımız və resurslarımız olmayacaq. Biz kölə vəziyyətinə düşəcəyik” - Makron deyib.
Qeyd edək ki, Böyük Britaniyanın ayrılması ilə Fransa Aİ-də yeganə nüvə dövlətidir. Lakin Paris administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi qarşısında bir çox ölkələrlə müqayisədə Kiyevə daha az dəstək verir.
Tahir TAĞIYEV