ABŞ Federal Təhqiqat Bürosu (FTB) sosial mediada paylaşdığı bir video ilə rusları kəşfiyyat məlumatlarını paylaşmağa dəvət edib.
"Fox News" Ukraynada "sonsuz" müharibə fonunda FTB-nin Rusiya ilə bağlı kəşfiyyat işlərini sürətləndirmək üçün sosial mediaya müraciət etdiyi bildirib.
Müvafiq olaraq, Facebook və Twitter-də yayımlanan videoda Vaşinqtondan və Rusiya səfirliyindən görüntülər yer alıb. Ruslara ABŞ-a kəşfiyyat məlumatı vermələri qarşılığında “gələcəklərini dəyişdirmək” imkanı təklif edilir.
FTB-nin əks-kəşfiyyat bölməsindən Alan Kohler, "FTB sizə dəyər verir. FTB sizə kömək edə bilər, ancaq ilk addımı sən atmalısan" deyə videoda bildirir.
Mərkəzi Kəşfiyyat İdarəsinin Moskva bürosunun keçmiş rəhbəri Dan Hoffman deyib ki, sözügedən sosial media mesajının "aydın" və "müdrik" addım olduğunu, FTB-yə və ölkənin Rusiya təcavüzünə qarşı qalib gəlməyə kömək edə biləcəyini deyib.
TAHİR