Tayvan lideri Tsai İnq-venin Mərkəzi Amerika və ABŞ-a səfərlərindən sonra Çin ordusu Tayvan adası ətrafında quru, hava və dəniz qüvvələrinin iştirakı ilə 3 günlük birgə hərbi təlimə başlayıb.
Çin Xalq Azadlıq Ordusunun (ÇXR) Şərq Cəbhəsi Komandanlığı "Birgə Qılınc" adlı hərbi təlimin Çin silahlı qüvvələrinin adanı mühasirəyə alıb hər tərəfdən təzyiq göstərərək dəniz və hava nəzarətini ələ keçirməsini hədəflədiyini bəyan edib.
"Bu, Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə və onların xarici güclərlə ortaq təxribatlarına qarşı ciddi xəbərdarlıqdır" - komandanlığın sözçüsü polkovnik Xi Yi deyib.
Tayvan Müdafiə Nazirliyi isə adanın ətrafında Çinə məxsus 71 təyyarə və 9 döyüş gəmisinin göründüyünü açıqlayıb.
TAHİR