ABŞ-ın siyasi tarixində ilk dəfə hakim qarşısına çıxan keçmiş prezident Donald Tramp ona qarşı irəli sürülən 34 ittihamın hamısını rədd edib. Məhkəmə prosesi başa çatdıqdan sonra Tramp məhkəmə zalını tərk edib.
XXX
ABŞ-ın keçmiş prezidenti Donald Tramp kino ulduzu Stormi Daniels ilə münasibətini gizlətmək üçün pul ödəmək ittihamı ilə bu gün məhkəmədə ifadə verir.
Tramp artıq məhkəmə binasına gəlib. O, qarşısında böyük izdihamın gözlədiyi və üzərində vertolyotların uçduğu məhkəmə binasına gizli qapıdan daxil olaraq təhlükəsizlik qüvvələrinə təslim olub və prosedurlara uyğun olaraq həbs olunub. Ancaq onun qoluna qandal taxılmayıb.
Məhkəmə binasında Trampın barmaq izi alınacaq və fotoşəkil çəkiləcək. Məhkəmə zalında hakim Donald Trampın qarşı irəli sürülən ittihamları oxuyacaq və dosyenin möhürü açılacaq. İttihamlar oxunduqdan sonra Trampın azadlığa buraxılacağı gözlənilir. ABŞ mediasında ittiham aktında Trampa qarşı 30-dan çox ittihamın irəli sürüldüyü bildirilir.
İttihamları rədd edəcəyi gözlənilən Tramp dinləmələrdən sonra Floridaya qayıdaraq orada çıxış edəcəyi gözlənir. Trampın iqamətgahı qarşısında tərəfdarların görüşmək çağırışı ilə əlaqədar Nyu York polisi tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib.
Tramp Amerika tarixində ona qarşı ittiham irəli sürülən ilk eks-prezident olacaq.
Amerika mediası sözügedən məhkəmə prosesinin Trampın reytinqini artırdığını yazır.
Son məlumatlara görə, Tramp məhkəmədə ona qarşı irəli sürülən 34 ittihamın hamısını rədd edib.
Tahir TAĞIYEV